• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 16.05.2018 11:03

Porsche şirkəti marafon yarışları üçün təhlükəsizlik maşını təqdim etdi

Porsche 911 Turbo sportkarları dünya üzrə dözümlülük yarışlarında təhlükəsizlik maşınları kimi iştirak edəcəklər. İkiqapılı 2020-ci ilədək təqdim olunacaq. Yarış boyu “Porşe”nin 16 müxtəlif modeli həkimləri və təhlükəsizlik xidmətinin əməkdaşlarını daşımaqla məşğul olacaq. Seyfti-kar özünün baza versiyasından cüzi dəyişiklikləri ilə fərqlənir. Dəyişən yalnız asmanın quruluşu və əyləclərdir. Onlar yarışa uyğunlaşdırılıb. Bunlarla yanaşı, sportkarlar siqnallı lampa və radiostansiya ilə komplektləşdirilib. Tam ötürücülü kupedə 3,8 litrlik 6 silindrli 540 at güclü mühərrik quraşdırılıb. Aqreqat robotlaşdırılmış PDK sürət qutusu ilə birləşir. Yerindən ilk 100 km/saat sürəti idman maşın 3 saniyəyə yerinə yetirir. Maksimal sürətsə 320 km/saatdır.