• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 15.05.2018 13:35

Azərbaycana qanunsuz yolla siqaret keçirən şəxs saxlanılıb

KepezTV Player

Azərbaycana qanunsuz yolla siqaret keçirən şəxs saxlanılıb.Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana "Vaz 21013" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində "Sakurorta" yazısı olan siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.