• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 15.05.2018 13:31

Mübahisə bıçaqlanma ilə nəticələndi

KepezTV Player

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub. 34 yaşlı Tahir Quliyev II mikrorayonda yerləşən iaşə obyektinin qarşısında tanışı ilə şəxsi münasibətlər zəminində əlbəyaxa dava edib. Nəticədə tanışı ona çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.