Bu gün Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatına start veriləcək. Yarışda iştirak edəcək Azərbaycan yığma komandasının tərkibində gəncəli sərbəst güləşçi Turan Bayramov da yer alıb. O, 65 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq. Yarış bu ilin oktyabrında Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bayramovun ölkəmiz adına oyunlara vəsiqə qazandıracağı şübhə doğurmur. Belə ki, Gəncə güləş məktəbinin yetirməsi bu vaxta kimi dəfələrlə böyük yarışların qalibi və mükafatçısı olub. Turan dünya birinciliyinin gümüş, Avropa birinciliyinin isə bürünc medalını qazanıb. Pəhləvan son olaraq Türkiyədə “Zəfər Kuboku”nda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azad Rəfi
- Baxış: 1796