• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 14.05.2018 14:12

Gəncədə Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanı keçirilib

KepezTV Player

2-ci və 3-cü ixtisas qrupları üzrə baş tutan imtahana qərb bölgəsindən 3857 abituriyent qatılıb. 25 imtahan rəhbəri və 301 nəzarətçinin cəlb olunduğu imtahan 3 saat davam edib. Müşahidə kameraları altında keçirilən prosesdə nizam-intizam qaydalarına riayət etməyən 4 nəfər imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Növbəti imtahan may ayının 20-sində 1-ci və 4-cü qruplar üçün keçiriləcək.

Cəmil Hüseynov - DİM Gəncə Regional bölməsi üzrə məsləhətçisi: Ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı keçiririk. İmtahan Respublikanın 11 şəhərində 66 binada aparılır. İmtahanın idarə olunmasında 248 imtahan rəhbəri və orta təhsil 2856 nəzarətçi müəllim cəlb olunub.