• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 14.05.2018 14:23

Kəpəz rayon Məşğulluq Mərkəzində işə götürənlərlə dəyirmi masa keçirilib

KepezTV Player

Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzin də “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunu”ndan irəli gələrək işə götürənlərlə dəyirmi masa keçirilib. Yeni qanuna əsasən işə götürənlər, həmçinin əmək müqaviləsi bağlamaq hüququ olan fiziki və hüququ şəxslər hər bir işçini icbari məcburi sığorta etməlidi. Bunun üçün müəyyən məbləğ nəzərdə tutulub və sığorta fondu yaradılıb. İşçinin əmək haqqından əmək haqqı fonduna 0,5 faiz vəsait tutulur. Bu fondunda yaradılmasında əsas məqsəd gələcəkdə hər hansı bir işçinin iş yeri, ştatı ixtisara düşərsə və yaxud da idarə ləğv olunarsa yığılan vəsait iş yerini itirmək məcburiyyətində qalanın sosial müdafisəinə yönəldilsin.

Nazim Cəfərov - Gəncə Şəhər Kəpəz Rayon Məşğulluq Mərkəzinin direktor müavini: Əgər işə götürənlər bu ayırmaları etməzsə öz işçiləri ilə qanunu şəkildə əmək müqaviləsi bağlanmış işçilərin sığorta haqqı ödənilməzsə və bunlar haqqında müvafiq hesabatları sığortaçıya hər ay qanunda nəzərdə tutulmuş qaydada ödəməzsə təbii ki,inzibati xətalar məcəlləsində bunun üçün müəyyən cərimələr tutulub. İlin əvvəlindən bəri bizdə hələ elə hal aşkarlanmayıb.

 

Elnur Vahidoğlu