• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 14.05.2018 14:20

Şəmkirdə polis şagirdlərlə növbəti görüşünü keçirib

KepezTV Player

Şəmkirdə şagirdlər və pedaqoqlar “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusundamaarifləndirilib. Narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına fəsadlardan danışan rayon polis şöbəsinin rəis müavini Yaşar Hüseynov narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ciddi mübarizə aparıldığı diqqətə çatdırıb. Gəncləri müxtəlif dini cərəyanlara qoşularaq radikalizmin təbliğindən uzaq durmağa çağırıb. Sadalanan ünsürlərə qarşı dövlət orqanları ilə yanaşı, ictimaiyətin mübarizəsinin effektivliyindən danışılıb.

Yaşar Hüseynov - Şəmkir rayon Polis Şöbəsinin rəis müavini: Davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

 

Natiq Hüseyn