• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 14.05.2018 11:01

Çexlərdən 300 kilometr gediş ehtiyatı olan çox yüngül elektrokupe

MW Motors adlı Çexiya şirkəti özünün ilk modelini – elektrikli Luka EV retrokupesini göstərib. Avtomobil 1960-cı illərin sportkarları stilində hazırlanıb. Məsələn işıqlandırma Aston Martin DB4-ü xatırladır. Maşın bir dəfəyə elektriklə 300 kilometr məsafə qət edə bilir. Luka EV-in əsasını alüminium şassi təşkil edir. Kupenin uzunluğu 4 metr, eni 1,6 metr, hündürlüyü 1,2 metrdir. 815 kiloqramlıq maşın ümumi gücləri 66-a bərabər olan 4 elektromotorla təchiz olunub. onlar 21.9 kilovatt-saat həcmli batareyadan qidalanır. Akkumlyatorun 80 faiz enerjisi bir saat yüklənir. 0-dan 100 kilometr saat sürəti kupe 10 saniyəyə yaxın bir müddətdə yığır. Maksimal sürətsə 146 km/saatdır. Lukinin təchizat siyahısında sensor ekranlı multimedia sistemi, dəri oturacaqlar və şirkətin hələlik açıqlamadığı öncül texnologiyalar var.