• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2354
— 12.05.2018 14:22

Gədəbəydə baş verən qəzada 4 nəfər yaralandı

Gədəbəyin Əyləvəng kəndində hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Əyləvəng kənd sakini, 49 yaşlı Zeynal Həsənovun vəziyyəti ağır, 52 yaşlı Tofiq İsmayılovun vəziyyəti isə orta-ağırdır. Xəsarət alan digər qadın və kişi sərnişinin vəziyyəti normal qiymətləndirilir. Onlar yaxın qohumlarının yas mərasiminə gedərkən qəzaya düşüblər.