• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 11.05.2018 14:17

Kəlbəcərdən olan kitab sevərlər üçün kitab bayramı keçirilib

KepezTV Player

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Kəlbəcərdən olan kitab sevərlər üçün kitab bayramı keçirilib. “Əsrə bərabər ömür” adlı tədbirdə ümummilli lider Heydər Əliyevə, Xalq Cumhuriyyətinə, eləcə də yerli və xarici, şifahi xalq ədəbiyyatına həsr olunan 1000-ə yaxın kitablar təqdim olunub. Həmçinin rayondan olan fəal oxucuların əl işlərindən ibarət 20-ə yaxın toxuma və 15 rəsm əsəri də nümayiş erdirilib. 80 filialında 102 min 946 kitab fondu olan Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə oxucuların marağına səbəb olan tədbirdə şairlərin çıxışları dinlənilib, məktəblilər vətənə, torpağa, Kəlbəcərə həsr olunan şerlər səsləndərdilər, təqdim olunan müsiqi nömrələri isə maraqla qarşılanıb.

Sadiqə Quliyeva - Kəlbəcər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Kitab bayramını keçirməkdə əsas məqsədimiz oxucularımızı maarifləndirmək, asudə vaxtını keçirmək üçün kitablara marağı artırmaq üçün dünya görnüşlərini formalaşdırmaq üçün belə tədbirlər təşkil edirik. Vətənpərvərlik mövzunda şer müsabiqələri keçirmişik, orada fərqlənən uşaqlara fəxri fərmanlar vermişik. Tez-tez oxucularımızla əlaqə saxlayırıq. Sağ olsunlar kitabxanamız heç vaxt oxucusuz olmur. Bundan sonrada tədbirlərimiz davam edəcək. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar dəyirmi masalar, kitab müzakirələri, görüşlər, təqdimatlar öz kitabxana filiallarında əksini tapacaq.

 

Elnur Vahidoğlu