• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2326
— 11.05.2018 14:25

Göygöldə YAP üzvləri mükafatlandırıldı

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədər Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatında toplatı olub. Partiya qurucusu olan ulu öndərin YAP-ın ümumxalq partiyasına çevrilməsi, ölkədə iqtidar partiyası olması istiqamətində fəaliyyəti xatırlanıb. Göygöldə 5348 üzvü olan bu siyasi təşkilatın 121 ərazi ilk partiya təşkilatının fəaliyyət göstərdiyi, üzvlərindən 2865-ni qadın, 2700 nəfərini isə gənclər təşkil etdiyi vurğulanıb. Ötən aylar ərzində 130 nəfər partiya sıralarına qəbul olunub. Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayondakı bütün ərazi ilk partiya təşkilatlarında konfranslar, eləcə də müasbiqə və idman yarışlarının keçirildiyə diqqət çəkilib. Partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri, idman yarışları və müsabiqlərin qaliblərinə isə xatirə hədiyyələri təqdim olunub, partiya fəalları da mükafatlandırılıb.

 

Natiq Hüseyn