• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 11.05.2018 14:42

Gəncədə Macarıstan gününün keçirilməsi planlaşdırılır

KepezTV Player

Gəncədə Macarıstan günün keçirilməsi, bu ölkənin adətləri və mədəniyyətinin təbliği planlaşdırılır. Bu barədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə danışıb. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət paytaxtı statusunu daşıyan Gəncənin 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna namizəd olduğu diqqətə çatdırılıb. Gəncədə müştərək layihələrin icrasının mümkünlüyündən danışıb.

Viktor Sederkenyi - Macarıstanın Azərbaycandakı səfiri: Bu mənim səfir kimi regionlara ilk rəsmi səfərimdir. Gəncə təsadüfən seçilməyib. Buradakı aqrar universitet ilə bizim Aqrar universitet arasında əməkdaşlıq mövcuddur. Müxtəlif sahələrdə də münasibətlərin qurulması üçün potensial var. Şəhər İnfrastrukturu və kommunal sahədə əlaqələrin yaradılması istiqamətində danışıqlarımız oldu. Tullantıların emalı, şəhərdə parklamaların idarə edilməsi ilə bağlı təklifləri müzakirə etməyə hazırıq. Eləcə də kənd təsərrüfatında istehsal və emal məsələləri maraq dairəsindədir.