• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 11.05.2018 11:02

Google Daydream-li virtual reallıq dəbilqəsi satışa çıxardı

Lenovo və Google şirkətləri Mirage Solo adlı virtual reallıq dəbilqəsinin satışına başlayıb. O, dünyada Google Daydream platformasını dəstəkləyən ilk VR-qarnitur kimi xarakterizə edilir. Virtual reallıq dəbilqəsinin işləməsi üçün naqil və ya smartfona qoşulma tələb olunmur. Google Daydream platforması WorldSense adlı hərəkət izləmə texnologiyasından istifadə edir. Platforma istifadəçiyə virtual məkanda sərbəst hərəkət etməyə imkan verir. Lenovo Mirage Solo şlemi Qualcomm Snapdragon 835, 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daşıyıcı ilə təchiz edilib. 5,5 düymlük displey 2560x1440 piksel təsvir ölçüsünə, 75 Hers tezliyə və 110 dərəcə baxış bucağına malikdir. 4000 milliamper/saat tutumunda olan daxili akkumulyator 7 saatadək avtonom rejimdə işləməyə imkan verir. Wi-Fi, Bluetooth 5.0 dəstəklənir, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor var. Daydream simsiz kontrolleri də komplektə daxildir.