• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 11.05.2018 11:03

Ferrari komikslər buraxmağa başladı

Ferrari şirkəti We Race adı altında onlayn-komikslər seriyası buraxıb. Artıq 4 seriya Ferrari saytında təqdim olunub. Komiksdəki hadisələr gələcəkdən xəbər verir. Guya dünyanı fəlakət bürüyür və daha sonra orada nələrin baş verdiyi göstərilir. Süjetə görə bir neçə kontinent suyun altında qalıb, bəzi yerlərdə isə suyun altından yeni dağ massivləri peyda olub. Fəlakətdən 100 il sonra insanlar dağılmış yerləri bərpa etməyə çalışırlar. Onlar dünyada tək hökmranlıq qururlar. Həmin ərəfələr isə avtosport da öz fəaliyyətini bərpa edir. Red Racing komandası və onun pilotu Lukas da bu yarışda iştirak edir. Onların rəqibi isə Stargazer komandası və pilot Cim Cager olur.