• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 10.05.2018 20:41

Şəmkirdə yol qəzası oldu, 3 nəfər yaralandı

KepezTV Player

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Yanacaq daşıyan yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşüb. 3 nəfər yaralanıb. Yaralıların ikisi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib, 1-i Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb. Polis faktı araşdırır.