• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 10.05.2018 20:39

Keçmiş məhkum silsilə oğurluqlar etdi

KepezTV Player

Tovuz polisi bir neçə rayonda silsilə oğurluqlar edən şəxsi zərərsizləşdirib. Şikayətlər əsasında Beyləqan sakini Seymur Mustafayev saxlanılıb. 37 yaşlı Mustafayev ötən ilin oktyabr ayında başqa adla Tovuzda kirayədə qaldığı iki evdən noutbuklar, mobil telefonlar, zinət əşyası və xeyli miqdarda pul götürərək qaçmaqda təqsirli bilinir. İstintaq zamanı məlum olub ki, şəxs anoloji cinayətləri Balakən və Oğuzda da törədib. O, həmin rayonlarda da kirayədə qaldığı mənzilləri qarət edib. Seymur Mustafayev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, dələduzluq etdiyinə görə 6 il azadlıqdan məhrum olunub. Polis faktlar üzrə araşdırmaları davam etdirir.