• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 08.05.2018 14:25

Gəncədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə cüdo turniri keçirilib

KepezTV Player

Yarış 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşəbbüsü ilə reallaşıb.  

Yarışın açılış mərasimində məktəbin direktoru, Rio Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov və Şöhrət Ordenli məşqçisi Əli Hacıyev ölkəmizdə idmanın inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərinin olduğunu, bu sahəyə diqqət və qayğının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdiyini vurğulayıb. Açılış mərasimindən sonra yarış başlayıb. Turnirdə 2004-2006-cı ilə təvəllüdlü 100-ə yaxın oğlan cüdoçu iştirak edib. Tatami ustaları 10 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirib. Yarışda Gəncə idmançıları ilə yanaşı Zaqatala komandasının üzvləri də medallar uğrunda mübarizəyə qoşulub.

Turnirdə ayrı-ayrı çəki dərəcələrində Bəhram Bəhramov, Nicat Nağıyev, Murad Cavadov, Fərid Qarayev, Məmmədəli və Cabbar Hüseynovlar özlərini ən yaxşı tərəfdən göstərərək yarışın qalibi olublar. Adları çəkilər cüdoçular bu yarışdan əvvəl keçirilən zona birinciliklərində də medalçılar sırasında yer alıb. 

Azad Rəfi