KepezTV Player
Gəncəli peşəkar boksçu Ramal Amanov WBC versiyası üzrə növbəti döyüşünü keçirib. Dəri əlcək ustası bu dəfə Nikaraquanın paytaxtı Manaquada reallaşan boks gecəsində rinqə çıxıb. Amanov yerli idmançı Elvin Pereslə qarşılaşıb. 2002-ci ildən peşəkarlar arasında vuruşan Peres bu görüşə kimi 53 döyüşə çıxıb və 28 qələbə qazanıb. Təcrübədə rəqibindən geri qalan Ramal isə cəmi 5 ildir ki, peşəkar rinqdədir və bu vaxta kimi keçirdiyi 11 döyüşün hamısında qalib gəlib. Həmyerlimiz karyerasında 12-ci görüşünü də qələbə ilə tamamlayıb. 63,5 kq çəki dərəcəsində reytinq xarakterli qarşılaşma 8 raunddan ibarət olub. Amma vaxtından əvvəl rəqibini təslim olmağa məcbur edən Gəncə boks məktəbinin yetirməsi aktivinə texniki nokaut yazdırıb.
Azad Rəfi
- Baxış: 603