• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 10.05.2018 14:18

Ulu öndər Heydər Əliyevin xatirəsi qərb bölgəsinin rayonlarında böyük coşqu ilə anılıb

KepezTV Player

Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı dahi şəxsiyyətin abidəsi önündə izdiham müşahidə olunub. Şəmikirlilər ulu öndərin abidəsi önünə tər-çiçəklər düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyevin Şəmkirin sosial iqtisadi və mədəni həyatındakı müstəsna xidmətlərini yada salan rayon ictimayyəti əbədiyaşar liderlə bağlı xatirələrini bölüşüblər. Ümummilliderin anadan olmasının 95-ci ildönümü ilə bağlı Şəmkirdə təşkil edilən silsilə tədbirlər çərçivəsində Heydər Əliyev mərkəzində rayon Təhsil Şöbəsinin təşkilatçılğı ilə geniş toplantıda keçirilib. Ümummilli liderin həyat və faəliyyətinə dair film nümayiş etdirilib. Dahi şəxsiyyətin müxtəlif illərdə 5 dəfə Şəmkirə səfər etdiyi, onun hər bir gəlişinin rayon üçün  mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Ulu öndərin açılışını etdiyi strateji obyektlər bu gün də ölkəmiz üçün proritet hesab olunur. 12 müxtəlif məktəbin 600-ə yaxın şagirdinin  hazırladğı konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Göygöl rayonunda ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Rayon sakinləri dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Heydər Əliyevin rayonda şərabçılıq ənənələrinin qorunub saxlanılması yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində həyata keçirdiyi layihələrdən danışılıb. Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyi rayonun sosial-iqtisadi həyatında mühüm naliyyətlərin qazanıldığına diqqət çəkilib. Rayon zəhmətkeşlərinin ulu öndər Heydər Əliyevlə görüşləri xoş xatirələr kimi yada salınıb.

Samuxda da ümummilli liderin anadan olmasının 95-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub. İctimaiyyət nümayəndələri gün ərzində dahi şəxsiyyətin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatının qərargahında məktəblilərin ulu öndərin həyat və fəaliyyətinə dair rəsm əsərlərinə baxış keçirilib. İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Samuxda kənd təsərrüfatının xüsusi ilə  də üzümçülüyün inkişafında ulu öndərin müstəsna xidmətləri olub. Heydər Əliyev müxtəlif illərdə Samux rayonunun  zəhmətkeşləri ilə görüşüb onların qayğıları ilə maraqlanıb. Çıxışlarda Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlərdəndə  danışılıb. Rəsmi hissədən sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 95 ci il dönümü ilə bağlı təşkil edilən inşa yazı müsabiqəsinin eləcədə idman yarışlarının qaliblərinə qiymətli xatirə hədiyyələri təqdim olunub.

Natiq Hüseyn