• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 10.05.2018 13:47

Narkotik satışında şübhəli bilinən şəxs yaxalandı

KepezTV Player

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini Ramil Əsədov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilən zaman 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb. İlkin ifadəsində saxlanılan şəxs narkotik maddələri və dərmanları şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.