• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 10.05.2018 13:43

Velosipedçi ağır xəsarət aldı

KepezTV Player

Şəkidə velosipedçi yıxılaraq ağır xəsarət alıb. Şəki şəhəri, Səfərov küçəsi ev 6 ünvanında yaşayan 40yaşlı Mabud Abduləzizov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək velosipedi aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Abduləzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mabud Abduləzizova açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.