• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 09.05.2018 14:50

Ətraf rayonlarda da Böyük Vətən Müharibəsində qələbənin 73 illik təntətəsi bayram edilib

KepezTV Player

9 mayı bizə bəxş edən veteranlar mükafatlandırılıb.

Şəmkirdə 9 may qələbə gününə həsr olunan tədbir Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəni ziyarətlə başlayıb. 1941-45-ci illər müharibəsində 600 mindən çox Şəmkirli döyüşlərə yollanıb, göstərdikləri qəhrəmanlıqlara görə sıralarında orden və medallarla mükafatlandırılanlar, qəhrəmancasına həlak olanlar olub. Qələbə gününü vətən keşiyində dayanan mərd oğullarla birgə keçirən Şəmkirlilər 73 il əvvəl şücaət göstərənlərdən bu gün rayonda 12 nəfərin yaşadığı, onların avtomobil və torpaq sahələri ilə təmin edildiyini qürurla qarşılayıblar. Bayram tədbirində N saylı hərbi hissənin şəxsi heyyətinin hazırladığı kompozisiyalar maraqla qarşılanıb.

Göygöldə də qələbə günü münasibəti ilə 1941-45-ci illər abidə kompleksi ziyarət edilib. Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, qələbənin qazanmasında Bakı neftinin müstəsna rolundan bəhs edilib. Döyüşlərə yollanan 5 min nəfər göygöllünün də sücaəti yüksək dəyər alıb. Hazırda rayonda yaşayan 11 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı dövlətin qayğısı ilə əhatə olunub. Rayonda mövcud 1941-45 abidə kompleksinin, qələbə parkının müasir tələblər səviyyəsində qurulması və yerli əhalinin asudə vaxtının səmərəli təşkili üçün əsl istirahət məkanına çevrilməsi minnətdarlıqla qarşılanıb. Tədbirdə Böyük Vətən Müharibəsinin iştirakçılarına hədiyyələr təqdim olunub. Bayram toplantısı hərbi vətənpərvərlik ruhunda hazırlanan konsert proqramı ilə davam edib.

Faşizm üzərində tarixi qələbənin 73-cü ildönümü ilə əlaqədar Samux rayonunda keçirilən tədbir Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan samuxluların xatirəsini yad etməklə başlayıb. Xalqımızın 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlıqdan, faşizm üzərində tarixi qələbənin qazanılmasında soydaşlarımızın fədakarlığından söz açılıb. Müharibədə iştirak edən 3 mindən çox rayon sakinindən 8-i təşkil olunan qələbə bayramında iştirak edib. Samuxdan olan veteranların da əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə qələbədə pay sahibi olanlara hədiyyələr təqdim olunub. Sərkar Uşaq Musiqi Məktəbinin hazırladığı kosert proqramı isə iştirakçılarda xoş ovqat yaradıb.

 

Natiq Hüseyn