• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 09.05.2018 14:11

Hacıkənd meşələri yeni ağaclarla zənginləşdirilib

KepezTV Player

Kəlbəcərdən olan məcburi köçkünlər ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil ediblər. Gəncənin Hacıkənd meşəliyi ümummili liderin yubileyişərəfinə 95 ədəd şam və sərv ağacları ilə zənginləşdirilib. Rayon İcra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsinin nümayəndələri yaşıllaşdırma aksyasını təbiət möcüzəsi Göygölə gedən yolun kənarında reallaşdırıblar. Ağaclar təbii proseslərin təsiri nəticəsində sıradan çıxan ağacların yerində cərigə ilə əkilib. Ərazidə təmizlik işləri də aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Rayon fəalları tətəfindən ekoloji tarazlığın bərpasına xidmət edən bu cür tədbirlər davamlı xarakter alıb.