• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 09.05.2018 14:15

Samuxda YAP üzvü olan qadınlar bir araya gəlib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının qadınlar şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirib. Dahi şəxsiyyətin şərəfli ömür yolundan, partiyanın yaradılması istiqamətində həyata keçirdiyi tədbilərdən danışan natiqlər, bu siyasi təşkilatın Samuxdakı 5500 üzvündən 55 faizini qadınların təşkil etdiyini vurğulayıblar. Ötən bir il ərzində 150-dən çox qadın rayonda YAP sıralarına qəbul olunub. Zərif cinsin nümayədələri öz çıxışlarında dövlətə və partiyaya sadiqlik nümayiş etdiriblər.

Kəmalə Xəlilova - YAP Samux Rayon Təşkilatının Qadınlar Şurasının sədri: Ümummilli liderin anadan olmasının 95-ci ildönümü rayonumuzda böyük təntənə və ruh yüksəksliyi ilə qeyd olunur. Bu gün elə bu tədbirlərin davamı olaraq Yeni Azərbaycan Partiyası Qadınlar Şurasıda ulu öndərə həsr olunan tədbir keçirir. Bu tədbiri keçirməkdə əsas məqsədimiz ulu öndərin keçdiyi zəngin həyat yoluna nəzər yetirməkdir.

 

Natiq Hüseyn