• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 09.05.2018 13:29

Çanta oğurlayan qadın yaxalandı

KepezTV Player

Bakıda həmcinsinin çantasını oğurlayan qadın yaxalanıb. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də içərisində 300 manat, 30 ABŞ dolları və 5 avro olan çantanı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva saxlanılıb. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-dən 7-dək olan müddətdə rayon ərazisindəki 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda, 2 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Bağırov, 1 avtomobildən, 2 evdən akkumulyator və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mətləb Yusifov saxlanılıb. Faktlar araşdırılır.