• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 09.05.2018 11:01

Çinlilər 1073 at güclü krossoverlərini göstərdilər

Çinin Sokon qrupu tərəfindən əsası qoyulan SF Motors şirkəti Kaliforniyada 1073 at güclü iki ədəd elektrikli krossover nümayiş elətdirib. Qısa zamanda bu maşınların bazara çıxacağı gözlənilir. Krossoverlər daha əvvəl Hummerin yığıldığı zavodda düzələcək. indiyədək SF Motors SF5 və SF7 avtomobillərini hazırlayıb. Onlar iki, üç və 4 elektromotorların quraşdırılması mümkün olan platformada meydana gəlib. Bu cür arxitekturanı, həmçinin mühərrik və akkumlyatoru marka özü layihələndirir. SF Motorsun öz tədqiqat və inkişaf mərkəzi isə Amerikanın Silikon vadisində yerləşir. Motorlar ümumilikdə 1073 at gücündədir, batareya isə bir dəfəyə 500 kilometr məsafə qət etməyə imkan verəcək. Krossoverlər ilk “yüzü” təxminən 3 saniyəyə yığır. Bazarda ilk olaraq SF5 avtomobili görünəcək. O, 2019-cu ildə peyda olacaq. Onun ardınca isə SF7 gələcək. Krossoverlərin qiyməti təxminən 50 min dollardan başlayacaq. SF Motors bu maşınlardan Amerikada 50 000, Çində isə 150 000 ədəd buraxmaq niyyətindədir.