• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 09.05.2018 11:02

Formula E bolidi iki təyyarə ilə yarışdı

Formula E çempionatının titullu əməkdaşı ABB Group korporasiyası və Qatar Airways aviakompaniyası elektrikli bolidin və iki sərnişin laynerinin yarışını təşkil edib. Söhbət Airbus A350 və Boeing 787 Dreamliner təyyarələrindən gedir. Spark SRT_01E bolidinin sükanı arxasında avtopilot Jerom Dambrozio əyləşib. O, 2014-cü ildən Formula E yarışlarında iştirak edir. İlk gedişdə bolid Hamad aeroportunun eniş-uçuş zolağında Airbusu ötməyə çalışıb. İkinci gedişdə isə rəqib “Drimlayner” olub. Spark SRT_01E karbon-alüminium şassi üzərində hazırlanıb. Bolid kuzov panelləri karbon lif və kevlar materiallarından düzəlib. Nəticədə maşın cəmi 880 kiloqram çəkiyə malik olub. McLaren Electronic Technologies tərəfindən hazırlanan elektromorun gücü 270-ə bərabərdir. 0-dan 100 km/saat sürəti bolid 3 saniyəyə yerinə yetir.