• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 08.05.2018 17:22

Samuxda Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

KepezTV Player

Ümummill lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Samux rayonu Lək kəndində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dahi şəxsiyyətin şərəfli ömür yoluna həsr olunan videoçarx da isə ulu öndərin Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edilib. Elmi nəzəri konfransda çıxış edənlər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə o cümlədəndə Samux rayonunda həyata geniş miqysalı layihələrdən söz açıblar. İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda kənd təsərrüfatının inkişafı məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf edib. Samuxda iri istehsal və emal müəssisələri yaradılıb. Çıxışlarda prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyinə, sosial iqtisadi uğurların təkrarlandığı diqqətə çatdırılıb. Tədbir şagirdlərin hazırladığı ədəbi bədii kompazisya ilə davam edib.

Samux rayon Mərkəzi Kitabxana Sistemində isə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 ci ildönümünə həsr olunan kitab sərgisi təşkil olunub. Kitablar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də prezidet İlham Əliyevin ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü işlərə həsr olunub. Çıxış edənlər ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb. Hər il olduğu kimi bu il də rayonun bütün kitabxana filiallarında qayəsini ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti təşkil etdən silsilə tədbirlər keçirilir. Tədbir məktəblilərin dahi şəxsiyyətə həsr etdikləri şerlərlə davam edib.

Natiq Hüseyn