• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 08.05.2018 13:19

36 yaşlı şəxs döyüldü və boğazı kəsildi

KepezTV Player

Bakı sakini döyülüb sonra isə boğazı müəmmalı şəraitdə kəsilib.Hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. 36 yaşlı Rafiq Ağayev hələlik adı açıqlanmayan tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, döyülərək ağır xəsarət alıb.  Rafiq Ağayev  huşsuz vəziyyətdə olarkən onun boğazı kəsilib. Yaralı xəstəxanaya yerləşdirilib. O, boğazının tanışı tərəfindən kəsilmədiyini bildirib. Rafiq Ağayevin boğazına iti alətlə kim tərəfindən xəsarət yetirilməsi Suraxanı Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən araşdırılır. Onu döyən tanışı isə artıq saxlanılıb.