• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 07.05.2018 20:16

Dostu ilə əlbir olub qohumunun qoyunlarını oğurladı

KepezTV Player

Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb. Rayonun Dələli kənd sakni Alov İbrahimov Rayon Polis şöbəsinə müracitə edərək təsərrüfatındakı 26 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Polisin keçirdiyi əməliyyat zamanı məlum olub ki, hadisəni zərərçəkənin dayısı oğlu Valid Qürbətov dostu, Masallı rayon sakini Ağa Əzizov ilə birgə törədib. Valid Qürbətov Ağa Əzizova məxsus “Vaz-21013” markalı avtomobillə Dələli kəndinə gedib, tövlədəki 26 baş qoyunu avtomobilin yük qoşqusuna yükləməklə Masallı rayonuna apararaq heyvan bazarında satıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.