• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 07.05.2018 20:07

Kinoloji xidmət itinin köməyi ilə külli miqdarda narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı Elnur Əhədovun idarə etdiyi "Qaz-3110" markalı minik avtomobili saxlanılıb və ona gömrük baxışı keçirilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra avtomobil kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Maşının alt hissəsində 3000 qramlıq həşiş, 500 qramlıq tiryək aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.