• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 07.05.2018 20:10

İmişlidə sil-silə oğurluqlar törədən şəxs saxlanılıb

KepezTV Player

İmişli rayonundan   bir neçə sakin rayon polis şöbəsinə onlara məxsus  əşyaların oğurlandığı barədə məlumat verib.Buna əsasən polis əməkdaşları  tərəfindən  əməliyat axtarış tədbirlərinə başlanılıb.Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən İmişli sakini Musayev Zeyqəm Yadigar oğlu polis  əməkdaşları   tərəfindən saxlanılıb.İstintaqın gedişi zamanı məlum olub ki  ilk olaraq Zeyqəm 29 yanvar  tarixində törətdiyi cinayət zamanı Samir Cəfərova məxsus  Kamazdan  dəyəri 700 manata yaxın olan iki ədə akkumlyator  oğurlayıb.Daha sonra 07 fevral tarixində  Eyruz Kərimxanlıya məxsus Kamaz   markali maşindan 520 manata dəyərində olan iki ədə akkumyatorunu talamaq  yolu ilə  oğurlayıb.Bununla kifayətlənməyən cnayətkar  27 fevral tarixində Yadigar Quliyevə məxsus dəmir sexindən dəyəri  450 manat olan  145 metr uzunluğunda  mis naqili gizli yolla talayıb.

Hadisəni törədən şəxs  əməllərini etiraf  edib və peşman olduğunu bildirib. Hazırda faktla  bağlı  cinayət işi açılıb araşdırma  davam etdirilir.