Gəncə və ətraf rayonlardan 1348 nəfər abituriyentin iştirak etdiyi imtahanlar 3 binada reallaşıb. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 80 nəzarətçi müəllim ayrılıb. İmtahan prosesində şagirdlərə yeni təhsil proqramı – kurikulum, eyni zamnada müvafiq ixtisas qrupu üzrə 3 əsas fənndən test tapşırıqları təqdim olunub. Sulların cavablandırılması üçün onlara eynilə qəbul imtahanında olduğu kimi 3 saat vaxt verilib.
Nəsimi Məmmədov – DİM-in Gəncə Regional Bölməsinin müdiri: -“Sualların cavabları DİM tərəfindən yaradılan bütün fənnlər üzrə marker müəllim bazalarında olan markerlər tərəfindən yoxlanılacaq. DİM tərəfindən 10-cu siniflər üzrə keçirilən sınaq imtahanının nəticələri yaxın müddət ərzində elan olunacaq. Bununla da biz DİM olaraq 2019-cu ildə respublikanın ali və orta ixtisas təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ilkin olaraq modeli şagirdlərə göstərmək istəyirik ki, gələcəkdə imtahan prosesləri DİM tərəfindən bu cür həyata keçiriləcək”.
- Baxış: 2088