• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 07.05.2018 13:29

Nəvə dostları ilə birgə nənəsinin evini soydu

KepezTV Player

Tovuzda nəvə dostları ilə birgə nənəsinin evini soyduğu məlum olub. Belə ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıb. Gəncə şəhər Kəpəz və Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ev mağazadan oğurluq edən şəxsin kimliyi məlum olub. Mayın 4-də şəhər ərazisindəki 1 evdən və həmin evin həyətindəki mağazadan pul, mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tural Məmmədov yaxalanıb.