• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 07.05.2018 13:04

Qoşqu kanala aşdı, 6 qohum öldü

KepezTV Player

Sabirabad rayonunun Şəhriyar kəndində dəhşətli yol qəzası baş verib. İçərisində 8 nəfərin olduğu traktorun qoşqusu su kanalına aşıb. Nəticədə qoşquda olan 7 qadından 6-ı ölüb. Qəzada həyatını itirən şəxslər - 40 yaşlı Elnarə Bağırova, onun 18 yaşlı əkiz qızları - Zəhra və Fatma Bağırova, onların qohumları - 35 yaşlı Xəyalə Həsənova, 51 yaşlı Məlahət İmanova, 26 yaşlı Günay Qasımovadır. Sərnişinlərdən 22 yaşlı Sona Dadaşova və sürücü 24 yaşlı Xalid İmanov isə xəsarət alıb. Fakt araşdırılır.