• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 07.05.2018 11:03

Hyundai Tucson turbomotor və “robot”unu atmosfer və “avtomat”a dəyişdi

Hyundai şirkəti Nyu-York avtomobil salonunda Tucson krossoverinin yenilənmiş versiyasını sərgiləyib. Maşın əvvəlkindən ilk növbədə yeni radiator barmaqlığına, fərqli bamperinə və işıq diodlu faralarının baş işığına görə seçilir. Hətta arxa bamper, fənərlər və təkəf diskləri xətti dəyişikliyə məruz qalıb. Ən gözə çarpan dəyişiklik içəridə mərkəzi konsolda baş verib. Burada yeni ekranlı multimedia sistemi peyda olub. Ən böyük dəyişiklik isə 1,6 litrlik turbomotordan və robotlaşdırılmış sürət qutusundan imtinadır. Onların yerinə atmosfer mühərrik və klassik ASQ qutusu quraşdırılıb. İndi “Tukson” 2,4 litrlik motor və 6 pilləli avtomatik sürət qutusu ilə təklif olunacaq. Yeni aqreqat 184 at gücündədir. Bundan başqa krossover üçün 166 at güclü iki litrlik motor da əlçatan olacaq. O, eyni transmissiya ilə işləyəcək. Maşında smartfonları naqilsiz enerji ilə təmin etmək də mümkündür. Təchizatda dairəvi videogörünüş, adaptiv kruiz-kontrol, həmçinin hərəkəti zolaqda saxlayan və toqquşma təhlükəsini öncədən xəbər edən sistemlər yer alıb. ABŞ-da bu krossover payız aylarında satışa çıxarılacaq.