• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3186
— 07.05.2018 11:01

Jeep Wrangler-i kofemaşınlı mehmanxana otağına çevirdilər

Super 8 adlı mehmanxana şəbəkəsi nömrə fondunun yenilənməsi şərəfinə Roadm8 konsept-karı hazırlayıb. Ən son nəsil Jeep Wrangler-in bazasında yığılan ofroudda kofe hazırlayıcı və hotel otağı stilində işləmələr gözə dəyir. Maşının ərsəyə gəlməsinə 2,5 min saat vaxt və təxminən 100 unikal detal sərf olunub. Salonda hotel nömrələrinin mebellərində işlənən parçadan və ağac materialından istifadə olunub. Arxa və ön oturacaqlar arasında quraşdırılan kofemaşından savayı yolsuzluq avtomobili mini-soyuducu və sensor ekranı olan əyləncəli sistemlə komplektləşdirilib.