• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 07.05.2018 11:02

IKEA Bluetooth-səsgücləndiricilər buraxdı

Dünyanın iri mebel və mebel məhsulları satıcısı kimi tanınan Niderlandın IKEA şirkəti özünün ilk naqilsiz səsgücləndiricilərini hazırlayıb. Şirkətin bir çox digər məhsulları kimi bunu da alıcılar formal olaraq özləri yığmalıdırlar. IKEA-nın yeni qurğusu onlayn-mağazada artıq satışdadır. Müştərilərə 30 santimetr eni və 30 sm hündürlüyü olan tamölçülü və yığcam variatorlu 20x20 ölçülü Bluetooth modeli seçmək imkanı yaradılır. İrinin qiyməti $89, kiçik aparatın dəyəri isə $49-dır. Əlavə 20 dollar ödəməklə daşıyıcı modelə akkumlyator bloku, daha 10 dollara isə kronşteyn bərkidilməsi əldə etmək olar. Yeni səsgücləndiricilər avtomatik söndürmə funksiyasına malikdir. Bu da onların elektrik enerjisinə qənaət etməsindən xəbər verir. Eneby qurğusuna Bluetooth ya da 3,5 millimetrlik audiokabel vasitəsilə 9 cihaz quraşdırmaq olar.