• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 04.05.2018 14:39

Göygöldə meliorasiya işçiləri təmizlik aksiyası keçirib

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədər olaraq Göygöl rayon Suvarma Sistemləri İdarəsinin kollketivi təmizlik aksiyiası keçirib. Melioratorlar rayonun Üçtəpə kəndində yol kənarlarını zibil tullantılarından təmizləyib, yaşıllıqların salınması üçün hazırlıq görüblər. Kəndin müxtəlif ərazilərdində 100-dən çox həmişəyaşıl şam ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Yaşıllıq aksiyası rayonda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

İlqar Məhərrəmov - Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: Kollektiv böyük həvəslə işləyir. Bu günədək 1000 ədəd ağac əkilib. 150 kubmetr minbit qara torpaq gətirilib. İdarənin inzibati binasının həyəti tam abadlaşıb.

 

Natiq Hüseyn