KepezTV Player
AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi Azərbaycan birinicliyinin final mərhələsində mübarizə davam edir. Bu mərhələdə Gəncəni təmsil edən kollektivlərdən biri də “Kəpəz”in 14 yaşlılardan ibarət komandasıdır. İntiqam Səmədovun rəhbərlik etdiyi futbolçular Qərb-Gəncə regionu üzrə mərhələni uğurla başa vuraraq final mərhələsində çıxış etmək hüququ qazanıblar. 1/8-də iki oyunun nəticəsinə əsasən, Naxçıvan təmsilçisini mübarizədən kənarlaşdıran “sarı-göylər” ¼ finalda “Keşlə” ilə qarşılaşacaqlar. İlk oyun mayın 6-da Bakıda keçiriləcək. Komanda qarşıdakı matça hazırlığı davam etdirir.
Azad Rəfi
- Baxış: 2135