• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 04.05.2018 15:12

Gəncədə müasir təbiət və iqtisad elmlərinin aktual problemləri müzakirə edilib

KepezTV Player

Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Gəncədə yerli və xarici alimlərin iştirakı ilə müzakirə edilir.

Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfrans ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibətilə təşkil olunub. Azərbaycan alimləri ilə yanaşı Rusiya, Ukraniya, Belarus, Gürcüstan, Türkiyə və digər ölkələrin elm adamlarının da iştirak etbiyi tədbirdə Azərbaycanda elmin inkişafına, ölkədə elm adamlarının sosial-rifah halının yaxşılaşdırılması, ali və elmi-tədqiqat müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılmasına göstərilən diqqətdən danışılıb. Həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin öılədə elmi potensialın yüksəldilməsi istiqamətində gördükləri işlərə nəzərə salınıb. Plenar iclasda “Kristal qruluşun estetikasından yeni termoelektrik materiallarına doğru”, “Mayelərin struktur temperaturu”, “Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin müasir vəziyyəti” və digər mövzularda məruzələr dinlənilib. 17 bölmə iclası ilə işini davam etdirən konfransda alimlər 2 gün ərzində Müasir təbiət və iqtisad elmlərinin aktual problemlərinə həsr olunan 700 - ə qədər məruzə ilə çıxış edəcəklər.

Andrey Şevelkov - Moskva Dövlət Universitetinin professoru: Bu konfransın önəmli tərəfi ondan ibarətdir ki, öyrədənlər, öyrənənlər və bu sahədə elmi fəaliyyət göstərənlər bir araya gəlib aktual məsələləri müzakirə edir, təcrübə mübadiləsi aparırlar. Müzakirə edilən mövzu aktuallığını qoruyur və belə konfranslarda bir çox ölkələrin alimlərinin bir yerdəolması müzakirə edilən məsələləri hərtərəfli təhlil etmək imkanı qazandırır.