• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 04.05.2018 13:22

Yaralı piyada reanimasiyaya yerləşdirildi

KepezTV Player

Bakının Sabunçu rayonunda, Zabrat qəsəbəsində də yol nəqliyyat hadisəsi baş verib. Mercedes markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı Seymur Cavadovu vurub. Samir adlı sürücü yaralını avtomobili ilə xəstəxanaya çatdırıb. Seymur Cavadova tibbi yardım göstəriləndən sonra reanimasiyaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücünün ifadəsi alınıb. Qəzanın baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.