• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 04.05.2018 11:03

GoPro ucuz Hero əkşn-kamerasını göstərdi

Amerikanın GoPro şirkəti əkşn-kameralar sırasını genişləndirib. İndi onlar arasında ucuz bir Hero modeli də var. 199 dollara olan cihaz artıq satışa çıxarılıb. Aparat görünüşcə Hero 5 və Hero 6-ya bənzəsə də, daha sadə xarakteristikasına görə fərqlənir. Hero kamerası videoları saniyədə 60 kadr sürətlə 1440p genişliyində çəkir. Lakin 4K formatına ya da yavaşlatma funksiyasına malik deyil. Bundan başqa, kamera özündən böyük modellərdəki kimi 12 yox 10 Mp-lə foto çəkmək qabiliyyətindədir. Hero qabaqcıl Ambarella prosessoru ilə təchiz olunub və daha az çəkiliş rejimləri ilə təmin edilib. Bütün bunlara baxmayaraq, Hero kamerası bir sıra funksiyaları ilə fəxr edə bilər. Belə ki, o əvvəlki modellərdən səs əmrlərini dəstəkləyən 2 düymlük sensor ekran, video çəkiliş zamanı rəqəmsal stabilizasiya və suyun 9 metr dərinliyinə qədər işləməyə imkan verən qoruma funksiyası əldə edib.