• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 03.05.2018 14:16

Gəncədə səfərdə olan Avropa idman şəhərləri və paxtaxtları federasiyasının nümayəndələri mətbuat konfransı keçirib

KepezTV Player

Gənclər evində reallaşan konfransda səfərin yekunlarının müzakirəsi ilə yanaşı, jurnalistlər və məşqçiləri maraqlandıran suallar cavablandırılıb. Nizami yurdunun 2019-cu ildə Avropanın idman şəhəri adını almaq şansı qonaqlar tərəfindən yüksək qiymətləndirilib. İlk dəfə Gəncədə olan təşkilatın üzvləri burada idmanın inkişafı üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıblar.  Şəhərin idman məktəblərinə baş çəkən nümayəndə heyəti razılığını ifadə edib. 

Orxan Cəfərzadə