• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 03.05.2018 15:16

“Kəpəz” hazırlığı başa vurdu

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda sabah Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün keçirdiyi son məşqlə çalışmaları başa vurub. Oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Diqeo Souza və Şadon Vinçester qarşıdakı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər. 

Bu arada “Kəpəz”in əvəzedici heyətinin üzvü Fərid Məmmədov ilk dəfə olaraq əsas komandaya çağırılıb. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyun öncəsi gənc futbolçuya dəvət göndərib.

Azad Rəfi