• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2355
— 03.05.2018 15:53

ADAU-da bilik yarışı keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” mövzusunda tələbələr arasında bilik yarışı keçirilib. Universitetin bütün fakültələridən - Aqronomluq, Baytarlıq təbabəti və zoomühəndislik, Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat, Aqrotexnologiya, Mehəndislikdən 42 tələbənin iştirak etdiyi yarışma 2 turdan ibarət olub. Hər biri 7 nəfərdən ibarət 6 komanda ən güclünü müəyyən etmək üçün təqdim olunan suallara dəqiq və tez cavab verməli olub. Hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, aqrar sahədə apardığı isahatlar, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərə dair 10 sual səsləndirilib. Münsiflər heyətinin qərarına əsasən qalib komanda olan Aqrobiznesə kubok, mükafatçılara diplom, bütün iştirakçılara isə qiymətli xatirə hədiyyələri təqdim olunub. Bilik yarışı YAP Gəncə Şəhər ADAU ilk partiya Təşkilatının təşkilatçılığı ilə baş tutub.