“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.
Bu dəfə mavi yanacağın gəlişinə sevinənlər Ağstafa rayonunun Böyük Kəsik kəndininin sakinləri olub. Hazırda rayon mərkəzi də daxil olmaqla 39 yaşayış məntəqəsində 16 min 400 abonent mavi yanacaqdan istifadə edir. Qaz təsərrüfatında yenidənqurma işləri daha bir neçə kənddə davam etdirilir. 340 abonenti olan Böyük kəsik kəndinin qazlaşdırılması birpilləli sistem əsasında reallaşıb. Kəndin qazla təchizatı üçün ümumi uzunluğu 21 km-dən çox olan daşıyıcı, paylayıcı və məhəllədaxili xətlər çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rəmzi məşəl alovlandırıldıqdan sonra evlərdə qaz cihazları işə salınıb. Sakinlər ucqar kəndin qazlaşdırılmasını sevinclə qarşılayıblar.
- Baxış: 1900