• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 03.05.2018 13:42

6 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarıldı

KepezTV Player

Astara polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə ümumi çəkisi 6 kiloqram 320 qram olan tiryək aşkarlanaraq götürülüb. O qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilən narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən, Astara şəhəri ərazisindəki zibil qutularından birindən götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.