• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2537
— 03.05.2018 13:55

Şirkət işçisinin əlindəki pul dolu çantanı oğurladılar

Mingəçevirin Az DRESS qəsəbəsində işə gedən 32 yaşlı Elvin Abdullayev iki nəfərin hücumuna məruz qalıb. Hadisə zamanı şirkət işçisi olan Abdullayevin üzərində külli miqdarda pul olub. Cinayətkarlar Elvinə elektroşokla təsir göstərdikdən sonra içərisində 70 min manat olan çantanı götürərək hadisə yerindən uzaqlaşıblar.Zərərçəkənin atasının sözlərinə görə, oğlu pulu şirkətə təhvil verməli imiş. Polis faktı araşdırır.