• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 03.05.2018 13:25

Keçmiş arvadını qətlə yetirən kişi təslim oldu

KepezTV Player

Bakıda keçmiş arvadını öldürən şəxs tutulub. Mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Hadisəni törədən kişi könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib. O, qadının ölümü və Emil Əliyevin bıçaqlanmasında şübhəli bilinir.